Şriftin ölçüsü :

Saytın rəngi :

Kolxəlfəli kəndində növbəti səyyar qəbul-görüş

24 yanvar 2014 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Kolxəlfəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Kolxəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Nəsibov Kolxəlfəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Lətif Orucov Kolxəlfəli kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
2. Vüqar Nəsibov Kolxəlfəli kəndində yeni inşa edilən tam orta məktəbində tikintinin sürətləndirilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Rayət Şabanov Təpəbaşı yaşayış məhəlləsinə içməli su xəttinin çəkilməsini xahiş etdi.
4. Ətayət Nəsibova Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun yenidən qurulmasının əhəmiyyəti haqqında danışdı.
5. Fikrət Əmirov ərazidə 3 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. Şahmar Vəliyev Alma bağı adlanan ərazidə suvarma ana arxın üzərində avtomobil keçidinin quraşdırılmasını təklif etdi.
7. Zeynəb Mədətova evinin tikintisinə köməklik edilməsini xahiş etdi.
8. Məleykə Kərimova Kolxəlfəli kəndində elektron tipli ATS-in quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
9. Sənani Quliyev Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun kənarında avtobus dayanacağının quraşdırılması barədə danışdı.
10. Süleyman İsmayılov icra nümayəndəliyinin idarə binasının həyətinə asfalt örtüyünün salınmasını təklif etdi.
11. Malik İsmayılov Alxanlı məhəlləsində subartezian quyusunun təmir edilməsini xahiş etdi.
12. Kamilə Əmirova yeni və İsmayıllı məhəllələrində yolların təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
          Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kolxəlfəli kəndinə təbii qazın verilməsi qış mövsümündə əhalinin rahatlığının təmin edilməsi istiqamətində atılmış addımlardan biridir. Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün əhəmiyyətli olan 16,4 km uzunluğunda Poylu –Düzqışlaq-Kolayır avtomobil yolu yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər