Ağstafa şəhərində yeni mənzillərin püşkatma qaydasında verilməsi davam etdirilir
Ağstafa şəhəri Hüseyn Arif küçəsində inşa edilmiş 3 bloklu, 5 mərtəbəli, 48 mənzilli binada 23 dekabr 2013-cü il tarixdə keçirilən bölgüdən boş qalan mənzillərin verilməsi məqsədi ilə Ağstafa rayon İcra hakimiyyətinin akt zalında sakinlər arasında püşkatma mərasimi keçirildi.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Ağstafa rayon prokuroru, Ağstafa rayon polis şöbəsinin rəisi, Milli Təhlükəsizlik Nazirliyinin Ağstafa rayon şöbəsinin rəisi iştrak etdilər.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Qulyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ağstafa şəhərində yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün yeni yaşayış binalarının tikintisi və bölgüsü başa çatdırılmışdır. Bu gün həmin binalarda keçən bölgüdən boş qalan mənzillərin verilməsi münasibəti ilə püşkatma mərasimi keçiriləcəkdir. Cənab Məhərrəm Quliyev yeni mənzil sahiblərini təbrik etdi və yeni yaşayış binalarının tikintisinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ağstafalılar üçün böyük hədiyyə olduğunu bildirdi.
Daha sonra audio-video çəkilişlər aparılmaqla rayon ictimaiyyətinin nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən tam şəffaf qaydada keçirilən püşkatma yolu ilə sakinlərə yeni mənzillər paylanıldı.