Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə Ağstafada ümumrayon bayram tədbiri keçirilib

29 dekabr 2023 | 15:55
Ağstafa şəhəri, Səməd Vurğun adına istirahət parkında təşkil olunan bayram tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, müharibə veteranları, məsul şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümumrayon tədbirində giriş nitqi söyləyən RİH başçısı hər kəsin bayramını təbrik edərək bildirib ki, yola saldığımız 2023-cü il - “Heydər Əliyev İli” Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın birdəfəlik terrorçulardan təmizlənməsi, işğaldan azad olunan qədim yurdumuzda konstitusiya quruluşunun tamamilə bərqərar olması ilə şanlı tariximizə qızıl hərflərlə həkk olundu. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin ölkəmizin gələcəyinə işıq saçan dühası ilə cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində ölkəmizin adı daim ucalacaq, xalqımızın rifahı daha da yüksələcək. Həmçinin 2023-cü ildə Ağstafa rayonunun sosial-iqtisadi və ictimai-mədəni həyatında qazanılan uğurlardan bəhs olunub, növbəti ildə görüləcək işlər barədə ümumi məlumat verilib.
Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Hüseynov və 44 günlük Vətən müharibəsi şəhidimiz Aqil Slayayevin anası Xədicə Salyayeva çıxışlarında bildiriblər ki, yola saldığımız ildə Qalib ölkəmizin tərəqqisi və firəvanlığı naminə əldə olunan böyük uğurlar qətiyyətlə deməyə əsas verir ki, xalqımız öz Prezidentinə ürəkdən inanır, dövlətinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Onlar, həmçinin ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ağstafalılar adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əiyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində Yeni ilin qəhrəmanları şaxtababa və qarqızın iştirakı uşaqların böyük sevincinə səbəb olub, mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi konsert proqramı ağstafalılar tərəfindən rəğbətlə qarşılanıb.
Keçidlər