Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni 2023-cü il münasibəti ilə Ağstafada ümumrayon bayram tədbiri keçirilib.

27 dekabr 2022 | 17:59

Rayonun Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumrayon tədbirindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı təbrik çıxışında ümummilli liderimz Heydər Əliyevin təsis etdiyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlətçilik tarixindəki yeri və rolundan söz açaraq bidlirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarıımızn azad olunması ilə ərazi bötüvlüyümüzün bərpa edilməsində məhs milli həmrəyliyimiz həlledici amil olmuşdur. O cümlədən başa çatan 2022-ci il ərzində Ağstafa rayonunun sosial-iqtisadi, ictimai, mədəni və digər sahələrində əldə olunan nəaliyyətlərdən bəhs olunub və bu uğurların davamı olaraq növbəti ildə görüləcək işlər barədə məlumat verilib.

Tədbirdə Seymur Orucov 2022-ci ilin yekunlarına əsasən yerli idarəetmə strukturlarında Qasımov Vüqar Vaqif oğlu və Musayeva Sevda Şəhraz qızını, mədəniyyət sahəsində Əzimova Xuraman Yusif qızını, təhsil sahəsində Qaragözova Pəri Məhəmməd qızı, Həsənova Aidə Nəriman qızı və İsgəndərova Elnarə Mayıs qızını, səhiyyə sahəsində Qurbanov Azər Musa oğlunu, kommunal təsərrüfatı sahəsində Eyyubov Fərid Natiq oğlu və Qocayev Anar Qəzənfər oğlunu, sahibkarlıq sahəsində Məmmədov Nürəddin Binnət oğlunu fəaliyyətlərində fərqləndiklərinə görə RİH-in Fəxri Fərmanları ilə təltif edib.

Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilibdir.  

Keçidlər