Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilib

30 mart 2024 | 09:26
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdən əvvəl soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ağstafa RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon ictimaiyyətinin nümayəndələri – Oruc Mansırov, Vüsal Həsənov və Lalə Yusifzadə çıxış edərək 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin qırğınlar, vəhşiliklərlə  xalqımıza qarşı törətdikləri soyqırımdan bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Soyqırım günündə dövlətimizin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.    
Keçidlər