Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat

29 yanvar 2014 | 11:00

28 yanvar 2014-cü il tarixdə Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, aparatının məsul işçiləri, rayonun hüquq  mühafizə orqanlarının və rayonun idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbirdə hesabatla çıxış edən Dağ Kəsəmən kənd icra nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi və kənddə görülmüş işlər barədə əhalinin təbii qaz, elektrik enerjisi və su təminatı, həmiçinin aparılmış təmir, abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Qeyd edildi ki, 2013-cü il ərzində kəndin mərkəzi küçəsinin işığlandırılmasına, kəndarası yolların xırlanması və ərazidəki məişət tullantılarının mütəmadi olaraq daşınması həyata keçirilmiş, aztəminatlı ailələlərə yardım olunmasına istiqamətində işlər görülmüşdür.
Hesabat yığıncağında çıxış edən kənd sakinləri Mahir Nəbiyev, Təranə Abdullayeva, Tavad Aslanov, Allahverdi Salıfov qeyd etdilər ki, ölkəmizdə və rayonumuzda aparılan abadlıq-quruculuq işləri hamı kimi bizləri də ürəkdən  sevidirir.
Bütün bu görülən işlərə görə cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Hesabat yığıncağında çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, ölkə iqtisadiyyatının artan sürətlə inkişaf etməsi, regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab Prezidentin daima diqqət mərkəzindədir. Regionların inkişaf etməsi və insanların yaşayış səviyyəsinin yaxşılaşdırlması üçün məqsədyönlü işlər aparılır. Rayon İcra hakimiyyətinin başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlərdən söz açdı. Dağ Kəsəmən kəndində sel sularından mühafizə layihəsi çərçivəsində görülən  işlər barədə  məlumat verdi.

Keçidlər