Ağstafa rayonunun Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat
29 yanvar 2014-cü il tarixdə Ağstafa rayonunun Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və rayonun idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbirdə hesabatla çıxış edən Aşağı Göycəli kənd icra nümayəndəsi Elşən İsmayılov Aşağı Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər barədə və əhalinin təbii qaz, elektrik enerjisi və su təminatı sahəsində görülmüş tədbirlər, aparılmış təmir, abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Qeyd edildi ki, 2013-cü il Ağstafa-Bakı magistral avtomobil yolundan kəndin mərkəzi hissəsinədək küçənin işığlandırılmasına, kəndarası yolların xırlanması və ərazidəki məişət tullantılarının mütəmadi olaraq daşınması həyata keçirilmiş, aztəminatlı ailələlərə yardım olunması istiqamətində işlər görülmüşdür.
Hesabat yığıncağında çıxış edən kənd sakinləri Flora Kərimova, Məhəmməd Əsədov, Əsli Əliyeva, Mircəlal Mahmudov, Yasin Bağırov qeyd etdilər ki, ölkəmizdə və rayonumuzda aparılan abadlıq-quruculuq işləri hamı kimi bizləri də ürəkdən sevindirir. Qeyd edildi ki, bütün bu görülən işlərə, göstərilən diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Hesabat yığıncağında çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik və sosial-iqtisadi islahatlar kursu hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatının artan sürətlə inkişaf etməsi, regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab Prezidentin daima diqqət mərkəzindədir. Həmçinin yerlərdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər qeyd edildi. Regionların inkişaf etməsi və insanların yaşayış səviyyəsinin yaxşılaşdırlması üçün məqsədyönlü işlər aparılır. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlərdən və nəzərdə tutulan layihələrdən söz açdı.