Qarahəsənli kəndində növbəti səyyar qəbul-görüş
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərov Qarahəsənli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz və elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Nurəddin Hüseynov ərazidə 4 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
2. Ziyəddin Bayramov kəndarası yolların təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Nuru Rəhimov kənddə poçt şöbəsi üçün yeni binanın inşa edilməsini təklif etdi.
4. Nailə Bayramova Qarahəsənli kəndində elektron tipli ATS-in quraşdırılmasının vacibliyindən danışdı.
5. Azər Hüseynov dəyirman adlanan suvarma arxının təmizlənməsini təklif etdi.
6. Güllüzar Nəsibova orta məhəllədə subartezian quyusunun təmir edilməsini xahiş etdi.
7. Akif Kərimov evinin tikintisinə köməklik edilməsini xahiş etdi.
8. Elşad Mirzəyev nümayəndəlik üçün yeni inzibati idarə binasının inşa edilməsini təklif etdi.
9. Zahir Qarayev kəndin giriş hissəsində olan məişət tullantılarıının yığılaraq daşınmasının təmin edilməsi barədə danışdı.
10. Ərkinaz Abdıyeva kənd körpələr evi uşaq bağçası qəzalı vəziyyətdə olduğundan, yeni binanın inşa edilməsivi təklif etdi.
11. İlham Məmmədov Aşağı məhəlləyə subartezian quyusundan içməli su xəttiniun çəkilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün əhəmiyyətli olan 16,4 km uzunluğunda Poylu –Düzqışlaq-Kolayır avtomobil yolu yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Bildirildi ki, cari il ərzində Qarahəsənli kəndində bir ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.