Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi
30 yanvar 2014-cü ildə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirildi. Şura iclasının gündəliyində aşağıdakı məsələlər olmuşdur:
1. Ağstafa rayonu üzrə Dövlət torpaq fondunun bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların icrası haqqında
2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində rayonda müvafiq tədbirlərin görülməsi barədə
3. Ağstafa şəhərində qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün yeni tikilmiş 16,40 və 48 mənzilli binalarda mənzillərin sakinlər arasında bölüşdürülməsi vəziyyəti barədə
4 “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2013-cü ildə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə.
Şuranin iclasina sədrlik edən Ağstafa rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev müzakirəyə təqdim olunan məsələlər barədə məlumat vermiş ve 2014-cü ilde rayonun inkişafı sahəsində fikirlərini bildirmişdir. Gündəlikdə duran məsələlər barədə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini-aqrar məsələlər şöbəsinin müdiri Ramiz İmanov , Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yasin Əfəndiyev, Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Kamran Abbasov məruzə etmişlər. Məruzə ətrafında aidiyyəti idarə, təşkilat ve müəssisə rəhbərlərinin arayışı dinlənilmişdir.
İclasın sonunda Ağstafa rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev müzakirələrə yekun vurmuş, qeyd olunan müzakirələrlə bağlı qarşıda duran məsələlərdən danışmışdır.
Şura iclası işgüzar şəraitdə keçmişdir.