Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası çağırıldı

01 fevral 2014 | 11:00

Havaların kəskin soyuması və qar yağması ilə əlaqədar olaraq Ağstafa rayonu İcra hakimiyyətinin başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın opertiv iclası çağırıldı.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın sədri Ramiz Tatarov açaraq bildirdi ki, şəhər, qəsəbə və kəndarası yollarda təhlükəsizlik tədbirləri görülməsi və əhalinin normal hərəkətinin təmin olunması,  təhsil, səhiyyə və digər sosial xidmət müəssisələrinin işində fasilələrə yol verilməməsi üçün həyata keçirilən  tədbirlər daha da gücləndirilməlidir. Qeyd olundu ki, komissiyanın hər bir üzvü üzərinə düşən vəzifəni dərhal icra etməlidir. Əhaliyə verilən təbii qaz və elektrik enerjisində fasilələrə yol verilməməsi üçün müvafiq idarə rəhbərlərinə konkret taprşırıqlar verildi. Şəhər, qəsəbə və kəndarası yolların, Bakı-Qazax magistral avtomobil yolunun qardan təmizlənməsi və buz bağlayacağı təqdirdə zəruri tədbirlərin görülməsi üçün 26 saylı Yol İstismar İdarəsinə lazımi göstərişlər verildi. Rayonun müvafiq təşkilatlarında olan texnikaların işlək vəziyyətdə saxlanılması, növbətçiliyin tətbiqi kimi vacib məsələlər barəsində idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər