Əhalinin həkim briqadaları tərəfindən yerlərdə müayinəsi məqsədilə səyyar müayinə tədbirləri
02 fevral 2014 | 11:00
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasən əhalinin sağlamlığının qorunması, müxtəlif xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədi ilə Ağstafa rayon mərkəzi xəstəxanasının həkim briqadaları tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində sakinlərin həkim müayinəsindən keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planına uyğun olaraq 2014-cü ilin fevral ayı ərzində rayonun bütün yaşayış məntəqəsinin sakinləri həkim müayinəsindən keçiriləcəkdir.