Böyük Kəsik kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Böyük Kəsik kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Böyük Kəsik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Raquf Osmanov Böyük Kəsik kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Rəsul Həsənov dəmir yolu yaşayış massivində 1 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
2. Murad Bakunov Türklər məhəlləsində yolun təmir edilməsini xahiş etdi.
3. Aydın Qurbanov Böyük Kəsik kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
4. Məhəddin Qocayev Böyük Kəsik –Ağgöl avtomobil yolunun əsaslı təmirə ehtiyac olduğunu qeyd etdi.
5. Bəhruz Həsənov Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının əhəmiyyətindən danışdı.
6. Kifayət Qurbanova kəndin giriş hissəsində yerləşən subartezian quyusunun təmirə ehtiyac olduğunu vurğuladı.
7. Məmməd Osmanov məktəbə çəkilən içməli su xəttinin təmir edilməsini təklif etdi.
8. Dilarə Əliyeva Oğlunun işlə təmin edilməsində köməklik edilməsini xahiş etdi.
9. Fərman İbrahimov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Günəş Hacıyeva odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
11. Tapdıq Hüseynov kəndə təbii qazın verilməsinin vacibliyindən danışdı.
12. Zərnigar Mikayılova evinin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik dayağının yenisi ilə əvəz edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması Kür çayının sol sahil yaşayış məntəqələrinin sakinləri üçün ən böyük töhvədir. Bildirildi ki, Böyük Kəsik kənd tam orta məktəbi qəzalı məktəblər siyasına daxil edilmişdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.