Şriftin ölçüsü :

Saytın rəngi :

Sadıqlı kəndində növbəti səyyar qəbul-görüş

13 fevral 2014 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Sadıqlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad Hacıyev Sadıqlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Tofiq Musayev Sadıqlı kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
2. Rəsmiyyə Musayeva Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının əhəmiyyətindən danışdı.
3. Mansır Mansırov Yeni məhəllənin və qəbiristanlıq yolunun təmir edilməsini xahiş etdi.
4. Şahvələd Məmmədov Muğanlı- Sadıqlı ara yolunun  təmir edilməsini təklif etdi.
5. Sona Rəhimova kənd körpələr evi uşaq bağçası qəzalı vəziyyətdə olduğundan, yeni binanın inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
6. Vaqıf Kərimov kəndin giriş hissəsində yerləşən bəzi qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi barədə danışdı.
7. Nəriman Bayramov Təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
8. İsrail İsmayılov Sadıqlı kəndinə təbii qazın verilməsinin vacıbliyindən danışdı.
9. Fatma Heydərova evinin təmirinə köməkdarlıq edilməsini xahiş etdi.
10. Məhəd Əfəndiyev kənd icra nümayəndəliyinin idarə binasının yaxınlığında olan elektrik transformatorunun təmir edilməsini xahiş etdi.
11. Fərhad Hacıyev kəndin içməli su təminatının yaxşılaşdırılmasına ciddi ehtiyac olduğunu qeyd etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması Kür çayının sol sahil yaşayış məntəqələrinin sakinləri üçün ən böyük töhvədir. Bildirildi ki, Sadıqlı kənd tam orta məktəbi qəzalı məktəblər siyasına daxil edilmişdir.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər