Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Hüseyn Əzizoğlunun 65-illik yubileyi.

11 oktyabr 2012 | 10:00

10 oktyabr 2012-ci il tarixdə Ağstafa şəhəri “Yazıçılar Evi”ndə, uzun müddət qədim el sənəti ilə məşğul olan, bu gündə Ağstafa şəhər Uşaq Musiqi məktəbində pedaqoji fəaliyyətini davam etdirən Aşıq Hüseyn Əzizoğlunun 65-illik yubileyi qeyd olundu.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev aşıq Hüseyn Əzizoğlunu təbrik edərək ona, fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Cənab Məhərrəm Quliyev aşıq sənətinin milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirərək milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından danışdı.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Oqtay Muxtarov öz çıxışında aşıq Hüseyn Əzizoğlunu təbrik etmiş və uzun müddət aşıq sənəti ilə səmərəli fəaliyyətinə görə Nazirlik tərəfindən “Fəxri Fərman” ilə təltif olunduğunu qeyd etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Aşıqlar Birliyinin üzvləri, yazıçılar və şairlər çıxış edərək öz təbriklərini çatdırdılar.
Tədbirin sonunda aşıq Hüseyn Əzizoğluna Ağstafa rayonu İcra hakimiyyətinin “Fəxri Fərman”ı və hədiyyəsi təqdim olundu.
 

Keçidlər