Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi
14 fevral 2014-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası kecirilmişdir. İclasda Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq “Əhalinin tibbi müayinədən keçirilməsi barədə” məsələ müzakirə edilmişdir. Şura iclasını Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq bildirdi ki, Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta yaş müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir.
İclas iştrakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapırığının icrası və “Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi barədə” Ağstafa rayon İcra hakimiyyəti başçısının 12 fevral 2014 cü il tarixli 30 saylı Sərəncamının icrası məqsədilə tərtib edilmiş qrafiklə tanış edildi.
Məsələ ilə əlaqədar Ağstafa rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev çıxış edərək cənab Prezidentin tapşırığınını icrası sahəsində həyata keçirilən və nəzərdə tutulan işlərdən danışdılar. Daha sonra bildirildi ki, tibbi müayinə zamanı heç bir rayon sakini diqqətdən kənarda qalmamalıdır. Bu işdə idarə, müəssisə və təşkilat rəhbərləri və eləcədə Ağstafa rayon İcra hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyə sədrləri də köməklik göstərməlidirlər.