Şriftin ölçüsü :

Saytın rəngi :

Muğanlı kəndində növbəti səyyar qəbul-görüş

19 fevral 2014 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Muğanlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəbi Mursaquliyev Muğanlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Fəxrəddin Səfiyev Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının əhəmiyyətindən danışdı.
2. Fatma Yusifova Böyük Kəsik kəndinə təbii qazın verilməsinin vacıbliyindən danışdı.
3. Elmaz Hüseynov kənddə fəaliyyət göstərən ATS binasının əsaslı təmir edilməsinə ehtiyac olduöunu qeyd etdi.
4. Minayə Bayramova ərazidə 2 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
5. İsgəndər Əhmədov ana kanallarda beton işlərinin aparılmsının vacibliyindən danışdı.
6. Hafiz Nəbiyev ərazidə yerləşən bəzi qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini təklif etdi.
7. Eldar Allahverdiyev meşə adlanan suvarma arxının təmizlənməsi barədə danışdı.
8. İlham Sofiyev Kəndin içməli su təminatının yaxşılaşdırılmasının vacıbliyindən danışdı.
9. Adil Musayev odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
10. Vahid Bağırov kənd xəstəxanasının həyətində olan subartezian quyusunun təmir edilməsinə ehtiyac olduğunu bildirdi.
11. Məmməd Musayev kəndarası yolların təmir edilməsini təklif etdi.
12. Bəhram Cəfərov müalicəsinə köməklik edilməsini xahiş etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması Kür çayının sol sahil yaşayış məntəqələrinin sakinləri üçün ən böyük töhvədir. Bildirildi ki, Muğanlı kənd tam orta məktəbi qəzalı məktəblər siyasına daxil edilmişdir.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər