Ağstafa rayon İcra hakimiyəti başçısının hesabat yığıncağı oldu
20 fevral 2014-cü il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində “Ağstafa rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə” Sura iclası keçirild.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkilləri Nizami Cəfərov və İlyas İsmayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon İcra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfəri, il ərzində rayonda aparılan abadlıq-quruculuq işlərini reallaşdırılan irimiqyaslı layihələri əks etdirən filmin nümayişi ilə başladı.
Hesabat yığıncağını giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yola saldığımız ildə ölkəmizdə bütün sahələrdə qazanılan nailiyyətlərdən danışdı. Bildirildi ki, Prezident İlham Əliyevin ölkədə abadlıq-quruculuq işlərinin genişləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Ağstafa rayonunda da öz bəhrəsini verir. Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı bildirdi ki, il ərzində rayon mərkəzində, bütün qəsəbə və kəndlərdə geniş miqyaslı abadlıq və quruculuq işləri görülüb, irihəcmli infrastruktur layihələr gerçəkləşdirilib.
Qeyd edildi ki, 2013-cü il ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 13,2 faiz artaraq 128,1 milyon manat olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi 4,1 faiz, tikinti-quraşdırma işlərinin həcmi 36,3 faiz, rabitə xidmətində 16,6 faiz, ticarətdə 0,9 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi əvvəlki ilə nisbətən 15,1 faiz artaraq 53,5 milyon manata çatdırılmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 226 manat 50 qəpik təşkil edir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun olaraq həyata keçirilmişdir. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 2013-cü il ərzində 771 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Azərbaycan Respublikası regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq 2013-cü ildə 400 şağird yerlik Köçəskər, 220 şagird yerlik Soyuqbulaq və 360 şağird yerlik Göycəli kənd tam orta məktəbləri tikilib istifadəyə verilmiş, müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Hesabat ilində 220 şagird yerlik Kolxəlfəli və 360 şağird yerlik Eynallı kənd tam orta məktəblərinin tikintisinə başlanılmışdır və hazırda davam etdirilir. Hesabat ilində körpələr evi-uşaq bağçalarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi iş aparılmış , şəhər bağçalarının maddi-texniki bazası möhkəmləndirilmişdir . Belə ki , 115 yerlik şəhər 1-saylı və 85 yerlik şəhər 3-saylı körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilmiş və yeni inventar və avadanlıqlarla təmin edilmişdir. 2-saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Şəhərdə fəaliyyət göstərən və qəzalı olan 5 körpələr evi-uşaq bağçalarından üçü yeni bina ilə təmin edilmiş, biri isə əsaslı təmir olunmuşdur. 5-saylı körpələr evi-uşaq bağçası uygunlaşdırılmış və qəzalı binada yerləşdiyindən, həmin bağçanın da yeni bina ilə təmin olunması sahəsində iş aparılır.
Hesabat ilində Ağstafa şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işi davam etdirilmişdir. Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması, yeni parklar salınması ön plana çəkilmişdir. Şəhərinin S.Vurğun, C.Cabbarlı, 20 yanvar, A.Aslanov, M.Allahverdiyev, M.Ə.Rəsulzadə küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmışdır. Küçələrə yeni asfalt örtüyü salınmış hasarlar və tikililər bərpa olunmuş, səki abadlaşdırılmışdır.
2013-cü ildə qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan əhalinin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən şəhərin H.Arif küçəsində hər biri 5 mərtəbəli 40 və 48 mənzilli və R.Alıcanov küçəsində 16 mənzilli yaşayış binaları tikilib əhalinin istifadəsinə verilmişdir. Nəzərinizə çatdırım ki, həmin mənzillər ictimaiyyətin iştirakı ilə yaradılmış komissiya tərəfindən püşkatma qaydasında, video çəkiliş aparılmaqla sakinlərə paylanmışdır. Ümumilikdə son iki ildə qəzalı, heç bir kommunal şəraiti olmayan yaşayış binalarında yaşayan əhali üçün 129 mənzil tikilmişdir.
Hesabat dövründə Aşağı Göycəli, Düzqışlaq, Kolayır, Mollacəfərli, Xılxına, Qarahəsənli, Kolxəlfəli kəndlərinin qazlaşdırılması başa çatdırılmışdır. Rayonun Qırılı və Pirili kəndlərində qazlaşdırma işləri davam etdirilir.
Hesabat dövründə yol infrastrukturunun yaxşılaşdırılması sahəsində ciddi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamıına əsasən uzunluğu 16 km olan 7 yaşayış məntəqəsin birləşdirən Poylu-Düzqışlaq Kolayır avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Uzun illər əhlinin yolsuzluqdan əziyyət çəkdiyi faktiki olaraq rayon mərkəzi ilə iqtisadi əlaqələrin olmadığı Kür çayının sol sahili kəndlərini rayon mərkəzi ilə birləşdirən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəddi respublika əhəmiyyətli avtomobil yolu Azərbaycan Respublikası Prezidetinin tapşırığına əsasən yenidən qurulmuş və istifadəyə verilmişdir.
Hesabat ilində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 1404 müraciəti (bunlardan 98.0 faizni ərizələr, 2.0 faizini şikayətlər təşkil edir) və 173 təşkilatdaxili müraciət daxil olmuşdur. Ötən ilə nisbətən daxil olan müraciətlərin sayı 201 ədəd və ya 16,7 faiz çoxdur. Vətəndaşların müraciətlərinin artımının əsas səbəbi 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkisi ilə əlaqədar əhalinin siyasi, ictimai fəallığının yüksəlməsi və Ağstafa şəhərində qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni tikilmiş 3 binada 104 mənzil verilməsi olmuşdur. Hesabat ilində daxil olan müraciətlərin 41,6 faizi, 584 ədədi mənzil məsələləri barədədir. Müraciətlərin təhlili göstərir ki, onların 30.8 faizi mərkəzi orqanlardan, 69.2 faizi isə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin payına düşür. Daxil olan müraciətlərin 30.8 faizi müsbət həll olunmuş, 55.8 faizinə müvafiq izahat verilmiş, 3.8 faizi əsassız sayılmış, 8.9 faizi icradadır.
Ağstafa rayonu İcra hakimiyyətinə vətəndaşlardan daxil olmuş təklif, ərizə və şikayətlərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasının təmin edilməsi ilə yanaşı onların təhlili və problemlərin müəyyənləşdirilməsi sahəsində də davamlı tədbirlər görülür. Rayon İcra hakimiyyətində vətəndaşların müraciətlərinin yoxlanılmasının nəticəsinin monitorinqi ilə məşğul olan işçi qrup fəaliyyət göstərir. Həmin qrupun üzvləri kəndlərdə olur, vətəndaşlarla görüşür, onların müraciətlərinə baxılmasının nəticəsini yerində araşdırır və icrası barədə rayon İcra hakimiyyətinə məlumat veririr. Bu da əhalinin rayon İcra hakimiyyətinə inamının və onların müraciətlərinə diqqətlə baxılmasının nəticəsi kimi dəyərləndirilməlidir.
Vətəndaş problemlərinin operativ həlli üçün rayon İcra hakimiyyətində 24 saat fəaliyyət göstərən qaynar xətt (225-32-86) təşkil edilmişdir. Ağstafa rayonu İcra hakimiyyətinin rəsmi internet səhifəsi fəaliyyət göstərir. Həmin səhifədə vətəndaşlar üçün “elektron müraciət” bölməsi yaradılmış, İcra hakimiyyətində və yerlərdə vətəndaşların qəbulu vaxtı barədə məlumat yerləşdirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Miili Məclisin üzvləri Nizami Cəfərov və İlyas İsmayılov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdılar.
Tədbirdə ötən il rayonun sosial-iqtisadi, ictimai- mədəni və dövlət qulluğunda fəqlənən şəxslərə rayon İcra hakimiyyətinin Fəxri Fərmanı təlqdim edildi.
Tədbir iclasın qərar layihəsi və Prezident İlham Əliyeyə ünvanlanmış müraciətin mətninin oxunması ilə başa çatdı.
Müzakirələrə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yekun vurdu.