Xocalı soqırımının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
22 fevral 2014 | 11:00
Ağstafa rayonunda Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair Ağstafa rayonu İcra hakimiyyəti başçısının 07 fefral 2014-cü il tarixli 07 saylı Sərəncamı ilə “Tədbirlər Planı” təsdiqlənmişdir. Tədbirlər Planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda “Xocalı soyqırımının iyirmi ikinci ildönümü” ilə əlaqədar tədbirlərin icrasına başlanılmışdır. Tədbirlərin yekunu olaraq rayon ərazisində 26 fevral 2014-cü il tarixdə saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad olunacaq, foto-sərgi və sənədli filim nümayiş etdiriləcəkdir.