Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəsurlar” hərbi idman oyununun rayon çempionatı keçirildi

22 fevral 2014 | 11:00

21 fevral 2014-cü il tarixdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsinə xidmət edən “Cəsurlar” hərbi idman oyununun rayon çempionatı keçirildi.  Yarış Asif Abdullayev adına 2 saylı orta məktəbin idman meydançasında baş tutdu. Birincilikdə rayonun 36 orta ümumtəhsil məktəbin komandasından ümumilikdə  252 nəfər yeniyetmə və gənc iştirak edirdi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda 1-yerə Həsənsu kənd, 2-ci yerə Ağstafa şəhər 1 saylı və 3-cü yerə Ağstafa şəhər 2 saylı tam orta məktəblərin komandaları layiq görüldü. Qaliblərə “Fəxri Fərman”lar və müxtəlif həvəsləndirici hədiyyələr təqdim olundu.

Keçidlər