Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin irsi öyrədilir

23 fevral 2014 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şağirdləri üçün müəyyən edilmiş mövzularda Heydər Əliyev Muzey-Mərkəzində tarix dərslərinin keçirilməsi davam etdirilir.
Dərslər yüksək səviyyədə peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən 12 nəfər qabaqcıl tarix müəllimləri tərəfindən tədris olunur. Mövzuların şagirdlərə sistemli şəkildə çatdırılması məqsədilə dərsləri tədris edəcək müəllimlər “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” mövzuları  üzrə tezislərlə təmin olunmuşlar. Hər bir mövzunun tədrisinə   iki akademik saat vaxt ayrılmışdır. Təsdiq edilmiş qrafikə əsasən dərslər may ayının ilk ongünlüyündə  yekunlaşdırılacaqdır.

Keçidlər