Ağstafa gəncləri Xocalı faciəsinin 22-ci ildönümünü qeyd etdilər
25 fevral 2014-cü il tarixdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Öncə rayon gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Xocalı qətliamı haqqında tarixi xronoloji film nümayiş olundu. Tribunadan çıxış edən gənclər qeyd etdilər ki, 1992-ci il fevralın 26-da 7 mindən artıq əhalisi olan Xocalı şəhərində erməni ordusunun xalqımıza qarşı xüsusi amansızlıqla və düşünülmüş şəkildə törətdiyi vəhşiliyi bütün dünyaya tanıtmaq üçün daim səfərbər olmalıyıq.
Rayon Gənclər Mərkəzində Xocalı faciəsini özündə əks etdirən uşaq və yeniyetmələrin rəsm işlərindən ibarət sərgidə nümayiş olundu.