Şriftin ölçüsü :

Saytın rəngi :

Yunan-Roma güləşi üzrə açıq Ağstafa rayon birinciliyi keçirildi

26 fevral 2014 | 11:00

5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş Yunan-Roma güləşi üzrə uşaq və yeniyetmələr arasında açıq Ağstafa rayon birinciliyi keçirildi. Yarış rayonun Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbinin idman zalında baş tutdu.
Birincilikdə Ağstafa idmançıları ilə yanaşı Gəncə şəhər, Şəmkir və Qazax rayonlarının idmançılarıda iştirak edirdilər. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birinciliyi ümumi komanda hesabında Gəncə şəhər  idmançıları 1-ci, müvafiq olaraq Ağstafa və Qazax rayon idmançıları isə 2-ci, 3-cü yerdə başa vurdular.
Yüksək nəticə əldə etmiş gənc pəhləvanlar Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olundular.

Keçidlər