Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans

27 fevral 2014 | 11:00

26 fevral 2014-cü il tarixdə Heydər Əliyev Muzey-Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.
Öncə tədbir iştirakçıları mərkəzdə təşkil olunmuş uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirdilər.
Konfrans iştirakçıları öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik  sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində erməni cəlladlarının dinc əhalimizə qarşı amansızlıqla həyata keçirdikləri qətliamdan geniş danışdı. Qeyd olundu ki, bu nəinki xalqımıza qarşı ümumən bəşəriyyətə qarşı törədilmiş misli görünməmiş bir vəhşilikdir. Cənab Məhərrəm Quliyev öz çıxışında bildirdi ki, məhs ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş və faciənin dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində iş aparılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq artıq Xocalı soyqırımı dünyanın bir çox dövlətləri tərəfindən qəbul edilmişdir.
Konfransda çıxış edən “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa şəhəri 2 saylı tam orta məktəbin tarix müəllimi Sevda Əliyeva, Qarahəsənli kənd orta məktəbin tarix müəllimi Azər Hüseynov öz çıxışlarında  Xocalı faciəsi haqqında geniş bəhs etdilər.
Tədbir məktəblilərin Xocalı soqırımına həsr etdikləri  əbədi-bədii kompazisiya ilə davam etdirildi.

Keçidlər