Şriftin ölçüsü :

Saytın rəngi :

“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” qeyd olundu

06 mart 2014 | 11:00

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Ağstafa şəhər stadionunda rayon idmançılarının iştirakı ilə geniş bayram tədbiri keçirildi.
Tədbirdə çıxış edən Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman idarəsinin məsul işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğıdan geniş danışdılar.
Tədbirdə ayrı-ayrı idman növləri üzrə idmançıların nümunəvi çıxışları təşkil olundu. Rayonda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olmuş bir qrup veteran idmançılar  və 3 mart 2014-cü il tarixdə Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsinə xidmət edən "Cəsurlar” hərbi idman oyununun Respublika zona mərhələsində  1 yeri tutmuş Alı Mustafayev adına Həsənsu kənd orta məktəbin komandası “Fəxri Fərman” və hədiyyələrlə təltif olundular.

Keçidlər