Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş

07 mart 2014 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Tavad Aslanov Dağ Kəsəmən kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisinin əhəmiyyəti barədə danışdı.
2. Bilqeyis Əliyeva kəndin ərazisində olan məişət tullantılarının yığılaraq daşınmasının təmin edilməsini qeyd etdi.
3. Ərəb Ərəbov kəndin yuxarı hissəsində 1 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Allahverdi Salıfov Faxralı adlanan suvarma arxının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Maarif Muradov Dağ Kəsəmən kəndinin sel sularından mühafizəsi məqsədi ilə su tutumunun tikintisinin sürətləndirilməsini xahiş etdi.
6. Təranə Abdullayeva yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsini təklif etdi.
7. Mahir Namazov Kəndin mərkəzi hissəsində olan köhnə avtobus dayanacağının yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu bildirdi.
8. Ələmdar Həsənov 100 ailənin həyətyanı torpaq sahəsinin suvarılması üçün dəhnənin tikintisinin sürətləndirilməsini xahiş etdi.
9. Oruc Eyyubov evinin tikintisinə köməkdarlıq edilməsini xahiş etdi.
10. Nəsib Qədiməliyev Yeni məhəllədə yolların təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
11. Elbrus Mustafayev kəndin giriş hissəsindəki 1-ci küçədə olan elektrik transformatorunun təmir edilməsini təklif etdi.
12. Dürdanə Mahmudova mərkəzi avtomobil yolunun kənarındakı subartezian quyusundan yaşayış məhəllələrinə içməli su xəttinin çəkilməsi barədə danışdı.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Dağ Kəsəmən kəndinin sel sularından mühafizəsi məqsədi ilə su tutumunun tikintisi işləri sürətlə davam etdirilir.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər