Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

07 mart 2014 | 11:00

  Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə qadınları ürəkdən təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. Cənab Məhərrəm Quliyev qeyd etdi ki, Azərbaycan qadınına göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunur. Belə ki, ölkəmiz bir çox sahələrdə olduğu kimi gender bərabərliyinə görə də qabaqcıllar sırasındadır.

Sonra Sosialist Əməyi Qəhramanı Yasəmən Məmmədova, əməkdar müəllim İndira Səmədova, iki şəhid anası Firəngiz Abbasova, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Kamilə Zamanova, ziyalı Şəfiqə Babayeva çıxış edərək qadınları təbrik etdilər, onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən qadınlara Ağstafa rayonu İcra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər