Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirildi

14 mart 2014 | 11:00

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə  “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda geniş tərkibdə tədbir keçirildi. Tədbir Ağstafa rayonunun Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbinin akt zalında oldu.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini cənab Ramiz Tatarov açaraq tədbir iştirakçılarını salamladı və növbəti dəfə belə bir tədbirin Ağstafa rayonunda keçirilməsindən məmnunluğunu qeyd etdi.
Sonra çıxış üçün söz tədbirin keçirilməsinə məsul şəxslərə verildi. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev “Sahibkarlığın inkişafının dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi tədbirləri haqqında”, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru cənab Şirzad Abdullayev  “2014-cü ilin ötən dövrü ərzində Respublikanın regionlarında, eləcə də Ağstafa rayonunda verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, fondun fəaliyyətində iqtisadiyyatın sahələri üzrə əsas preoritet istiqamətlər, o cümlədən Ağstafa rayonu üzrə əsas hədəflər barədə”, İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev  “Məqsədli dövlət proqramlarında Gəncə-Qazax iqtisadi rayonunda nəzərdə tutulan tədbirlər və bu tədbirlərin icrası haqqında” geniş məruzələrlə çıxış etdilər.
Daha sonra tədbirdə iştirak edən sahibkarlıq subyektlərini maraqlandıran suallar ətraflı cavablandırıldı, irad və təkliflər dinlənildi.
Sonda Ağstafa rayonu üzrə 19 sahibkarlıq subyektinə müvafiq qaydada güzəştli kreditlər təqdim edildi.

Keçidlər