Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar üçün Novruz Bayramı şənlikləri təşkil edilir

16 mart 2014 | 11:00

Rayonun  məktəbəqədər tərbiyə müəssisələrində Novruz Bayramı münasibəti ilə bayram şənlikləri keçirilir. Tərbiyəçilər tərəfindən hazırlanan şənliklərdə körpə balaların timsalında bayramın əsas qəhrəmanları olan keçəl və kosa, Bahar qızı, eləcə də milli adət ənənələrimiz böyük maraq və sevinclə canlandırılır. Yazın gəlişinə aid nəğmələr və şeirlər səsləndirilir, boyanmış yumurtalar döyüşdürülür, tonqal ətrafında dövrə vuraraq Yallı gedilir və bu kimi Novruza həsr edilmiş əyləncəli bədii kompozisiyalar nümayiş olunur.

Keçidlər