Aşıq Şəmşir adına Gənc aşıqların VI respublika müsabiqəsinin finalı
11 oktyabr 2012-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Aşıq Şəmşir adına Gənc aşıqların VI respublika müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqədə Respublikamızın 16 rayonundan 51 gənc aşıq iştirak etmişdir.
Müsabiqə iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Heydər Əliyev Muzeyinə ekskursiya etdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq müsabiqə iştirakçılarını salamladı və belə bir Respublika əhəmiyyətli müsabiqənin Ağstafa rayonunda keçirildiyi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirdi. Cənab Məhərrəm Quliyev aşıq sənətinin və muğamımızın tanıdılması və təbliği istiqamətində Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətindən danışaraq bildirdi ki, Azərbaycan muğamı və aşıq sənəti bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiqidir.
Müsabiqədə çıxış edən Respublikamızın bir çox tanınmış aşıqları belə bir müsabiqənin keçirilməsinin istedadlı gənc aşıqların üzə çıxarılmasına öz tohvəsini verəciyini bildirdilər.
Müsabiqənin final mərhələsində iştirak edən gənc aşıqlar öz çıxışlarını etdilər. Müsabiqənin sonunda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Pərviz İsgəndərli və Oqtay Muxtarov çıxış edərək qalibləri təbrik etdilər, qaliblərə Nazirliyin “Fəxri Fərman”larını və pul mükafatlarını təqdim etdilər.