Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibəti ilə ümumrayon tədbiri

19 mart 2014 | 11:00

18 mart 2014-cü il tarixdə Ağstafa şəhərində Novruz bayramının gəlişi münasibəti ilə geniş bayram tədbiri keçirilmişdir.
Bayram tədbiri Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin tədbirin keçiriləcəyi Səməd Vurğun adına mədəniyyət və istirahət parkına doğru yürüşü ilə başladı. Tədbir iştirakçıları Novruz bayramının rəmzi olan Bahar qızı, Kosa və keçəlin iştirakı ilə Ağstafa şəhəri Heydər Əliyev prospekti boyunca yerli sənətkarların və uşaqların əl işlərindən ibarət sərgiləri, milli folklorumuzdan nümunələri, ədəbi-bədii kompozisiyaları, idmançıların çıxışlarını izlədilər.
Bayram tədbirini giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Novruz bayramının gəlişi münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər kəsə ən xoş arzularını çatdırdı.
Tədbirdə yazın gəlişini bildirən bayram tonqalı yandırıldı.
Bayram tədbiri  mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər