Tatlı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Tatlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov Tatlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Tatlı və Yaradullu kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yaqub İsmayılov Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
2. Vaqif Həmzəyev kəndin giriş hissəsində kəndin adını göstərən lövhənin tikilməsinin vacibliyindən danışdı.
3. İlahə Novruzova Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
4. Rakif Musayev suvarma ana arxın təmizlənməsi barədə danışdı.
5. Ziba Həsənova yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
6. Nəsir Nağıyev əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müsir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
7. Ramilə Ələkbərova mənzilinə elektrik xəttinin çəkilməsini xahiş etdi.
8. Elçin Rzayev 1 saylı Tatlı kənd uşaq bagçasının qarşısındakı suvarma ana arxına 1 ədəd keçidin quraşdırılmasını təklif etdi.
9. Kəmalə Əsgərova Tatlı kəndinin giriş hissəsində və Yaradullu kəndində subartezian quyularının qazılmasını təklif etdi.
10. Qara Cəfərov kəndarası yolların təmirə ehtiyac olduğunu vurğuladı.
11. Mehman Musayev yeni məhəllələrdə elektrik təsərrüfatının yaxşılaşdırılmasını təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.