Şriftin ölçüsü :

Saytın rəngi :

28 Mart - Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı ilə əlaqədar tədbir keçirildi

29 mart 2014 | 11:00

  Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzey-Mərkəzinə ekskursiya etdilər.

Tədbir Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının konfrans zalında davam etdirildi. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Milli Təhlükəsizlik Nazirliyinin Ağstafa rayon şöbəsinin əməkdaşlarını təbrik etdi. Qeyd olundu ki, ölkəmizin müstəqil, suveren dövlət kimi inkişafı milli təhlükəsizlik siyasətinin uğurla həyata keçirilməsindən asılıdır. Ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanları sıralarında öz xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin Azərbaycanda milli təhlükəsizlik sisteminin formalaşmasında əvəzsiz xidmətləri olmuşdur.  Bu gündə Azərbaycanın milli təhlükəsizliyi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində uğurla davam etdirilir.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Ağstafa rayon şöbəsinin rəisi Rövşən Məmmədov çıxış edərək Milli Təhlükəsizlik Nazirliyinin yaranma tarixi və fəaliyyəti barədə geniş məruzə etdi.

Keçidlər