VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
14 aprel 2014 | 10:00
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar aprel ayının 14-dən 24-dək səyyar formada Ağstafa rayonunda əhaliyə xidmətlər göstərəcəkdir.
“ASAN” xidmətinin fəaliyyət göstərəcəyi ünvan: Ağstafa şəhəri Hüseyn Arif küçəsi, Ağstafa şəhər Stadionunun qarşısı.