Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibdə iclası keçirildi

03 aprel 2014 | 10:00

Şura iclasını giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələlər haqqında ümumi məlumat verdi.
  İclasın  gündəliyinə Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar görülmüş işlər, 2014-cü ildə rayon iqtisadiyyatının sənaye sahəsinin yeni inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə əlaqədar aparılan işlər, rayonda torpaqlardan istifadənin vəziyyəti, onların idarə edilməsində qanuna zidd halların qarşısının alınması istiqamətində DT və XK-nin rayon şöbəsinin bələdiyyələrlə apardığı  iş barədə, rayon İcra hakimiyyətinin tabeliyində olan müəssisələrinin, idarələrin və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və dövlət idarəçiliyinin yeni iş stil və metodlarının gücləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi, sənədlərlə işə dair təlimatın tələblərinə əməl olunması və vətəndaş müraciətlərinə baxılması haqqında və 2013-cü ilin mart ayından 2014-cü ilin yanvar ayınadək olan dövr ərzində görülən işlər və bələdiyyələrlə əlaqəli işin təşkili barəsində Pirili və Aşağı Kəsəmən kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin hesabatlarının dinlənilməsi, Ağstafa şəhərində, qəsəbə və kəndlərdə əhalinin, idarə, müəssisə və təşkilatlarda çalışanların iməcilik keçirmək təşəbbüslərinin dəstəklənməsi, inzibati və sosial binaların ərazisində abadlıq işlərinin mütəmadi aparılması və yaşıllıqların mühafizəsi işinin təmin edilməsi məsələləri daxil edilmişdir.
  Gündəlikdə duran məsələlər üzrə müvafiq olaraq rayon İcra hakimiyyəti başçısının müavinləri Lalə Eyyubova, Aydın Hacıyev, Ramiz İmanov, rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov və rayonun baş memarı Sənan Mustafayev geniş məruzələrlə çıxış etdilər.
Məruzə ətrafında aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin arayışı dinlənildi. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əldə olunmuş uğurlarla yanaşı mövcud nöqsan və qüsurların aradan qaldırılması istiqamətində idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər