Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin kütləvi tibbi müayinədən keçməsi sürətlə davam etdirilir

04 aprel 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə  tapşırığının icra olunması məqsədilə “Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi barədə” Ağstafa rayon İcra hakimiyyətinin başçısının 12 fevral 2014-cü il tarixli 30 saylı Sərəncamı ilə komissiya yaradılmışdır.
“Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi barədə” məsələ 14 fevral 2014-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı  yanında Şurada müzakirə olunmuş və bu barədə rayon İcra hakimiyyətinin başçısı müvafiq sərəncam vermişdir. Sərəncamda  aidiyyəti şəxslərə tapşırılmışdır ki,  Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası məqsədilə xüsusi qrafikə uyğun olaraq rayon əhalisinin tibbi müayinədən keçirilməsi işini təmin etsinlər.
Sərəncamın icrasının təmin olunması məqsədilə 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə rayonun yaşayış məntəqələri üzrə qrafik hazırlanmış və vətəndaşların xəstəxana və yerlərdə müayinəsinin səmərəli təşkil olunması üçün tərkibində müxtəlif ixtisas həkimlərindən ibarət  (həkim-terapevt, həkim-pediatr, həkim-cərrah, həkim mama-ginekoloq, həkim-oftalmoloq və digər.) 8 həkim briqadaları yaradılmışdır.  Profilaktiki müayinələrin gedişi zamanı aşkar edilmiş xəstələrin təkrar müayinəsi üçün, eləcə də ehtiyacı olanların stasionar müalicəsi məqsədi ilə tibb müəssisə rəhbərləri tərəfindən  lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rayon İcra hakimiyyətinin dəstəyi, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcədə İƏD üzrə nümayəndə və bələdiyyə sədrlərinin təşkilatı işlərə köməkliyi ilə tibbi müayinənin qrafikə uyğun olaraq aparılmış, idarə, müəssisə və təşkilatların kütləvi şəkildə tibbi müayinəyə cəlb olunmasında mütəşəkillik təmin edilmişdir. İlkin müayinə zamanı 13 vərəm xəstəsi, 51 şəkərli diabet, 3 xroniki böyrək çatışmamazlığı və 24 onkoloji xəstə aşkarlanmış, stasionar və ambulator müalicəyə cəlb olunmuşdur. Ümumilikdə 01 aprel 2014-cü il tarixə 83690 nəfər əhalinin 45727 nəfəri tibbi müayinədən keçmiş, 10809 nəfər ambulator, 100 nəfər stasionar müalicəyə qəbul olunmuş və 71 nəfər Bakı şəhərinə göndərilmişdir.
Hazırda rayon əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi davam etdirilir.

Keçidlər