Ağsatafa şəhəri S.Ağamalıoğlu və N.Nərimanov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağsatafa şəhəri S.Ağamalıoğlu və N.Nərimanov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Gülnarə Əliyeva S.Ağamalıoğlu və N.Nərimanov küçələrində kanalizasiya və içməli su xətlərinin abonentlərə verilməsinin tamamlanmasının tezləşdirilməsi barədə danışdı.
2. Rəfail Abbasov Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
3. Sahib İsmayılov hər iki küçədə bardürlərin və səki daşlarıının quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
4. Şükufə Orucova S.Ağamalıoğlu və N.Nərimanov küçələrində elektrik, qaz və rabitə xətlərinin nizama salınmasının vacibliyindən danışdı.
5. İbrahim İbrahimov elektrik xətlərinə yaxınlaşan ağacların kəsilməsini xahiş etdi.
6. Tükəzban Hacıyeva hər iki küçəyə asfalt örtüyünün salınmasının vacib olmasını qeyd etdi.
7. Fərman Fərəcov əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
8. Kamal Mehdiyev hər iki küçədə istinad divarlarının memarlıq üslubunda qurulmasına ehtiyac olduğunu vurğuladı.
9. Bəturə Şəmşiyeva hər iki küçəyə məişət tullantılarının yığılması üçün zibil qablarının qoyulmasını xahiş etdi.
10. Nəsib Bayramov S.Ağamalıoğlu və N.Nərimanov küçələrində müasir elektrik dayaqlarının quraşdırılması barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün16 və 88 ailəlik yaşayış kompleksi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda cari ildə şəhərin bütün küçələrinin yenidən qurulması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.