Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ ÖYRƏNİLİR

04 aprel 2014 | 10:00

Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər  müvafiq qrafikə uyğun olaraq davam etdirilir.
Dərslərin yüksək səviyyədə tədris olunması üçün peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən 12 nəfər qabaqcıl tarix müəllimi müəyyənləşdirilərək mövzular üzrə tezislərlə təmin edilmişdir. Hər mövzunun tədrisinə iki akademik saat vaxt ayrılmışdır. Təsdiq edilmiş qrafikə əsasən dərslər may ayının ilk ongünlüyündə  yekunlaşdırılacaqdır.

Keçidlər