Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Artisti Teriyel Qasımovun 75 illik yubileyi qeyd olundu

05 aprel 2014 | 10:00

04 aprel 2014-cü il tarixdə Heydər Əliyev Muzey-Mərkəzində Prezident təqaüdçüsü, Xaql Artisti Tariyel Qasımovun 75 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
  Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq  bildirdi ki, Azərbaycanın teatr və kino sənətinin inkişafında Tariyel Qasımovun böyük əməyi olmuşdur. Onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycanın Əməkdar və Xalq Artisti adına laiq görülmüşdür.  Tariyel Qasımov bu gündə milli teatr və kinomuzun inkişafına və gənclərimizə aktyorluq sənətinə yiyələnməsində öz töhfələrini verir. Sonra cənab Məhərrəm Quliyev yubilyarı 75 yaşının tamam olması münasibəti ilə təbrik etdi və onu mədəniyyətimizin inkişafı sahəsində göstərdiyi xidmətlərnə görə Ağstafa rayonu İcra hakimiyyətinin “Fəxri Fərman” ı ilə təltif etdi.
Sonra Xalq Artisti Tariyel Qasımovun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş olundu.
          Daha sonra Özbəkistan Respublikasının kinorejissoru Eldar Məmmədov, şair Saqif Qaratorpaq, Barat Vüsal, şairə Cığatel İsa qızı, Əməkdar Artist Cəfər Namiq Kamal çıxış edərək yubilyarı təbrik etdilər.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirildi.
Tədbirin sonunda Xalq Artisti Tariyel Qasımov çıxış edərək ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.

Keçidlər