Rayon Məhkəməsinin inzibati binasının əsaslı təmirdən sonra açılışı
08 aprel 2014-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və Ədliyyə Nazirliyinin məsul işçisi Çingiz Məmmədov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Rayon Məhkəməsinin inzibati binasının əsaslı təmir olunmasını son dövrdə rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinin davamı olduğunu bildirdi. Bu münasibətlə Rayon Məhkəməsinin kollektivini təbrik etdi və onlara bu məsuliyyətli işlərində uğurlar arzuladı.
Sonra tədbir iştirakçıları Rayon Məhkəməsinin inzibati binasının əsaslı təmirindən sonra yaradılan şəraitlə yaxından tanış oldular.