Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Göycəli kəndində növbəti səyyar qəbul-görüş

10 aprel 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Aşağı Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən İsmayılov Aşağı Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Məhəmməd Əsədov kəndin “Qabaqdağlı” məhəlləsində 1 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
2. Məleykə Hüseynova Yeni məhəllədə 1 ədəd elektrik transformatorunun quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
3. Hüseyn Vəliyev Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi

4. Flora Ələkbərova kəndin mərkəzi yolunun işıqlandırılmasında sıradan çıxmış elektrik lampalarının bərpa edilməsini xahiş etdi.
5. Əsəd Kərimov tək tut qolu adlanan suvarma arxının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.
6. Elba Rzayeva kənddə yeni tibb məntəqəsinin inşa edilməsini təklif etdi.
7. Rauf Allahverdiyev suvarma Kəsəmən adlanan arxın üzərindən bir ədəd keçidin quraşdırılması barədə danışdı.
8. Ziba Paşayeva əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.
9. Akif Əliyev kəndin giriş hissəsindəki 1-ci küçənin təmir edilməsini xahiş etdi.
10. Faiq Ələkbərov Aşağı Göycəli kənd tam orta məktəbin yaxınlığındakı subartezian quyusunun üzərində quraşdırılmış iri tutumlu su çəninin təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Aşağı Göycəli kəndində yeni tibb məntəqəsinin inşa edilməsi nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər