Şriftin ölçüsü :

Saytın rəngi :

Təmizlik işləri davam etdirilir

13 aprel 2014 | 10:00

Hər həftənin şənbə günləri olduğu kimi bu gün də Ağstafa şəhəri, rayonun qəsəbə və kəndlərində təmizlik  və səliqə-səhman işləri həyata keçirildi. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi.
Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin  rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri görüldü.  Park və xiyabanlarda, eləcə də küçələrdə yaşıllıqlara xüsusi qulluq göstərildi. Qəsəbə və kəndlərdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər