Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri Nəriman Nərimanov küçəsi yenidən qurulur

17 aprel 2014 | 10:00

Yeni ilin ilk aylarından başlayaraq Ağstafa şəhərində abadlıq quruculuq, tikinti və yenidənqurma işlərinin miqyası genişləndirilmişdir. Şəhərin ən böyük və mərkəzi küçələrindən biri olan N.Nərimanov küçəsinin səliqəyə salınması işləri sürətlə davam etdirilir. Küçədən boyunca infrastruktur və kommunikasiya xətləri yenilənir, ağaclar daranır, elektrik və qaz xətləri təhlükəsiz yerlərə çəkilir, avtomobillərin və piyadaların hərəkətinin tənzimlənməsi üçün tədbirlər görülür.
  Hazırda küçədə piyadaların hərəkət hissəsinə brusçatka daşının qoyulması işi aparılır. Təmir və yenidənqurma işləri çərçivəsində küçəyə 1 km asfalt örtüyünün, 2 km bardurun qoyulması, 1560 kv metr brusçatka daşının və 34 ədəd işıq dirəyinin quraşdırılması həyata keçiriləcəkdir.

Keçidlər