Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN xidmət”i Ağstafada fəaliyyətini uğurla davam etdirir

17 aprel 2014 | 10:00

Artıq 1132 nəfər vətəndaş Ağstafa şəhərində səyyar qaydada fəaliyyət göstərən “ASAN xidmət”ə müraciət etmişdir. Sakinlər müvafiq qayda da notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə müraciət etmişlər.
Müraciət edən hər bir sakin onlara göstərilən yüksək xidmtədən razı qaldıqlarını vurğulayır.

Keçidlər