Rayon İcra hakimiyyəti başçısı yanında Şura iclası
17 oktyabr 2012-ci il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin akt zalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin Ağstafa rayonunda həyata keçirilməsinə dair” Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclası giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının statistikası, problemlər və qarşıda duran məsələlər barədə danışdı. Qeyd edildi ki, hesabat dövrünün nəticələri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli uğurludur.
İclasda Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev məruzə ilə çıxış etdi. Məruzədə 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafı tənqid və özünütənqid baxımından geniş təhlil edildi. Məruzə ətrafında çıxışlar oldu.
İclas işgüzar şəraitdə keçdi. Əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da iclasda qeyd olundu.