Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Yazıçısı İsa Muğannanın xatirəsinə həsr olunmuş tədbir keçirildi

18 aprel 2014 | 10:00

17 aprel 2014-cü il tarixdə Ağstafa şəhər “Yazıçılar evi”ndə Xalq yazıçısı İsa Muğannanın xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  açaraq İsa Muğannanın vəfatı ilə əlaqədar xalqımıza, Ağstafalılara, o cümlədən yazıçının yaxınlarına baş sağlığı verdi. Cənab Məhərrəm Quliyev İsa Muğannanın böyük şəxsiyyət olduğunu bildirdi. Onun “Məhşər”, “İdeal” və s. romanlarının Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən olduğunu bildirərək ədəbiyyatımıza çox böyük bir irs qoyduğunu və onun ssenarisi əsasında “Tütək səsi”, “Nəsimi”, “Ulduzlar sönmür” və s. filmlərin çəkildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Onun əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsal, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, yazıçının yaxın qohumu Gülməmməd Hüseynov, şair Ələddin İncəli, şairə Şahinə Könül, axund Muradxan İsgəndərov çıxış edərək görkəmli Xalq Yazıçısı İsa Muğannanın həyat və yaradıcılığı haqqında ətraflı danışdılar.

Keçidlər