“Azərbaycan gəncliyi və hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda konfrans keçirildi
21 aprel 2014-cü il tarixdə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi və hərbi vətənpərvərlik tərbiyəsi” mövazusunda Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə geniş konfrans keçirilmişdir. Tədbirdə Ağstafa rayonu məktəblərinin yuxarı sinif şagirdləri, çağırışyaşlı gənclər, hərbi xidmətinin başa vurmuş gənclər, şəhid ailələrinin nümayəndələri, Böyük Vətən Müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, rayon ağsaqqalları, ictimai təşkilatların nümayəndələri və ziyalıları iştirak etmişdir. Tədbirdə Şəmkir hərbi qarnizonunun rayon ərazisində yerləşən hərbi hissələrinin zabit və əsgərlərindən ibarət nümayəndələr də iştirak etmişdir.
Gənclərin tərbiyəsi və asudə vaxtının səmərəli təşkili məsələsində cəmiyyətidə qarşıya çıxan problemlərin hərtərəfli müzakirəsi, yeniyetmə və gənclərin zərərli vərdişlərdən, xüsusi ilə narkomanlıq, radikal dini təriqətlərin təsirinə məruz qalmaması, işğala məruz qalmış Vətən torpaqlarının azad edilməsi, Vətənə məhəbbət hisslərinin tərbiyəsi və hərbi məktəblərə axının artırılması istiqamətində zəruri olan məsələr geniş müzakirə edilmişdir.
Heydər Əliyev Muzey-Mərkəzində tədbir ilk öncə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrəti və texniki təminatını ifadə edən əyani vasitələrə baxış keçirilməsi ilə başladı. Bu əyani vasitələrdə Azərbaycan Ordusunun arsenalında olan silah-sursat, döyüş maşınları və hərbi texnika haqqında hərbi hissələrin zabitləri tərəfindən gənclərə ətraflı məlumat verildi. Həmçinin C.Naxçıvanski adına hərbi liseyə və H.Əliyev adına Ali Hərbi Akadimiyaya qəbul qaydaları və həmin məktəblərdə təhsil şəraiti barədə gənclərə maarifləndirici məlumat verildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu konfransın keçirilməsini zəruri edən məsələləri toxunaraq qeyd etdi ki, sərhəd bölğəsində yerləşən Ağstafa rayonunda yeniyetmə və gənclərin hərbi ruhda tərbiyə olunması, vətənpərvər oğullarımızdan nümunə götürməsi daha mühüm əhəmiyyət kəsb edir. Bu rayonun əhalisi müharibənin dəhşətlərini yaşayır, rayonda elə bir ailə yoxdur ki, onun yaxını, qohumu erməni təcavüzündən zərər çəkməsin. Azərbaycan dövləti tərəfindən müharibədən zərər çəkənlərə, müharibə iştirakçılarına göstərilən qaygı iıdən ilə artsa da unutmaq olmaz ki hələ də işğal altında olan torpaqlarımız var. Ağstafa rayon İcra hakimiyyyəti yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyat keçirilən tədbirlərin miqyasını hər il gücləndirir. Hərbi xidmətdən yayınma hallarını qarşısı alınıır və son iki ildə hərbi xidmətdən yayınan 6 nəfər gənc Silahlı Qüvvələrə xidmətə göndərilimişdir və hazırda hərbi xidmətdən yayınama halı yoxdur.
Bundan başqa rayonda atıcılığın idman növü olan stend atıcılığının dairəvi növü və atıcılığın kütləvi növü alan sportinq meydançaları olan Ağstafa Atıcılıq və Payintbol Mərkəzinin 2013-cü ildə istifadəyə verilməsi rayon rəhbərliyinin gənclərin asudə vaxtının təşkili və hərbi vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin ifadəsidir.
Rayonda son illərdə müşahidə olunan müsbət meyllərdən biri də fiziki cəhətdən sağlam, bilikli gənclərin xüsusi təyinatlı məktəblərə axının artmasıdır. Əgər 2011-ci ilədək xüsusi təyinatlı və hərbi məktəblərə sənəd verən bir nəfər məzunumuz yox idisə son iki ildə Rayon İcra hakimiyyətinin apardığı geniş izahat və təbliğat işlərinin nəticəsində artıq həmin müəssisələrdə oxuyan ağstafalı gənclərin sayı 70 nəfər təşkil edir.
Ağstafa rayonu ərazisində yerləşən hərbi hissələrlə yerli sakinlərin münasibətləri həmişə qarşılıqlı hörmət əsasında qurulur. Ağstafa məktəbliləırinin hərbi dərslərinin keçirilməsində, silah-sursat və hərbi texnika ilə yaxından tanış olmasında, hərbi xidmətə hazırlığı ərəfəsində hərbi hissələrdə “Aşıq dərs”lərin keçirilməsi təşkil olunur və bu sahədə müvafiq tədbirlər davam etdirilir..
Tədbirdə çıxış edən şəhid ailələri üzvləri, Böyük Vətən Müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri və ziyalılar gənclərin hərbi ruhda tərbiyəsi tərbiyəsi istiqamətində atılan addımları yüksək qiymətləndirmiş, öz təklif və tövsiyələrini vermişlər. Hərbi hissə nümayəndəsi çıxışında Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olamsını ifadə etməklə əsagər və zabitlərə göstərilən dövlər qayğısından danışmışdır.
Rayon məktəbliləri hərbi sahəyə öz maraq və arzularını ifadə etmək imkanı verən belə bir tədbirdə fəal iştirak etmiş, onları maraqlandıran suallara cavab almışlar.
Konfransda rayon gəncləri ilə bu tədbirlin ənənəvi olaraq hər il keçirilməsi və rayon gənclərinin hərbi hissələrə ekskursiyalarının təşkil edilməsi qərar alınmışdır.