Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlar yüksək xidmətdən razıdırlar
14 apreldən başlayaraq 10 gün müddətində Ağstafa şəhərində səyyar qaydada fəaliyyət göstərən “ASAN xidmət”ə müraciət edən vətəndaşlar yüksək xidmətdən olduqca razıdırlar. Artıq 2249 nəfər vətəndaşın müraciəti təmin edilmişdir.
Sakinlər müvafiq qaydada notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə müraciət etmişlər.