Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət”i Ağstafada fəaliyyətini uğurla başa vurdu

24 aprel 2014 | 10:00

14-23 aprel tarixində 10 gün müddətində Ağstafa şəhərində səyyar qaydada fəaliyyət göstərən “ASAN xidmət”i fəaliyyətini başa vurdu. Bu müddət ərzində 3250 nəfər vətəndaş xidmətdən yararlandı.
Sakinlər müvafiq qaydada notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə müraciət  etmişlər.

Keçidlər