Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 28-ci ildönümü qeyd olundu

27 aprel 2014 | 10:00

26 aprel 2014-cü il tarixdə rayon Gənclər Mərkəzində Çernobl faciəsinin 28-ci ildönümü qeyd olundu. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri və Ağstafa rayonundan olan Çernobıl əlilləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açdı. Qeyd olundu ki, Çernobıl atom elektrik stansiyasında 1986-cı il aprelin 26-da baş vermiş qəzanın törətdiyi fəsadların aradan qaldırılması zamanı 7000-dən artıq vətəndaşımız iştirak etmişdir. Məs 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusu haqqında qanun qəbul olunmuşdur. Bundan sonra Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar bu gündə atılmaqdadır.
Tədbirdə iştirak edən Çernobıl əlilləri hər zaman onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Ağstafa rayonu İcra hakimiyyəti tərəfindən Ağstafa rayonundan olan Çernobıl əlillərinə maddi yardım göstərildi.

Keçidlər