Dörd gənc cütlüyün nikah mərasimi Heydər Əliyev Muzey-Mərkəzində keçirildi
28 aprel 2014 | 10:00
27 aprel 2014-cü il tarixdə dörd gənc cütlüyün nikah mərasimi Heydər Əliyev Muzey-Mərkəzində keçirildi.
Nikahdan əvvəl gənclər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.
Daha sonra cütlüklər yaxınlarının müşayiəti ilə Heydər Əliyev Muzey-Mərkəzinə daxil oldular. Burada gənclərin nikah mərasimləri baş tutdu. Bu xoş gün münasibəti ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək yeni qurulan ailələri təbrik etmiş onlara ən xoş arzularını çatdırmışdır.